Qaxda ağır qəza: azyaşlı öldü,  4 nəfər yaralandı - YENİLƏNİB
01 avqust 2026 15:18 (UTC +04:00)

Qaxda ağır qəza: azyaşlı öldü, 4 nəfər yaralandı - YENİLƏNİB

0

Qaxda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax rayonu ərazisində qeydə alınıb.

“Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə (oğlan) ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes”in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***
14:51

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, qəza zamanı "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub.

Nəticədə 12 yaşlı sərnişin hadisə yerində ölüb, 1 nəfər də xəsarət alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar