Tramp yeni hücum əmri verdi - Bir neçə gün davam edəcək
01 avqust 2026 02:44 (UTC +04:00)

Tramp yeni hücum əmri verdi - Bir neçə gün davam edəcək

0

ABŞ prezidenti Donald Tramp İrana qarşı bu həftənin sonu başlaya biləcək və bir neçə gün davam edəcək yeni hücumun əmrini verib.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzet bildirir ki, Tramp dəfələrlə öz ətrafına İranla bağlanmış anlaşma memorandumunun mənasız olmasından şikayətlənib. İran isə Vaşinqtona etibar etmir.

Qəzet qeyd edir ki, Trampın hərbi güc tətbiq etməklə hədələməsi yalnız diplomatik həllin mümkünlüyünə xələl gətirir.

Qeyd edək ki, “CBS News” ABŞ və İsrailin bu həftə sonu İranın enerji infrastrukturuna irimiqyaslı hücumlar etməyə hazırlaşması, neft emalı zavodları və elektrik stansiyalarını hədəf alacağı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar