Alimlərdən qan təzyiqi ilə mübarizədə  yeni üsul
01 avqust 2026 04:14 (UTC +04:00)

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

0

Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasına mühüm təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, banan, kartof, ispanaq, lobya və avokado kimi kaliumla zəngin məhsulların qəbulu orqanizmdə natriumun təsirini balanslaşdırmağa kömək edir.

Araşdırma müəlliflərinin fikrincə, yüksək qan təzyiqi ilə mübarizədə əsas diqqət natrium və kalium arasındakı tarazlığa yönəldilməlidir.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə hipertoniya ilə bağlı qidalanma tövsiyələrinin yenilənməsinə və ürək-damar xəstəlikləri riskinin azaldılmasına töhfə verə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar