Bu gün saat 14 radələrində Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub.
Lent.az-ın məlumatına görə, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.