Qazaxda maşın divara çırpıldı, ölən və yaralanan var
20 dekabr 2025 09:24 (UTC +04:00)

Qazaxda maşın divara çırpıldı, ölən və yaralanan var

0

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxıaraq, yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 29 yaşlı M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar