Qəbələdə içib küçədə yatan  HƏBS OLUNDU
03 oktyabr 2025 19:30 (UTC +04:00)

Qəbələdə içib küçədə yatan HƏBS OLUNDU

0

Qəbələdə sərxoş halda küçədə gecələyən gənc həbs olunub.

Lent.az xəbər verir ki, 28 yaşlı Fərhad Qasımov (ad və soyad şərtidir) axşam saatlarında Qəbələ şəhərində kafedə pivə və araq içib. Kafedən gec çıxıb və şəhəri təkbaşına gəzməyə başlayıb. Gəzinti zamanı sərxoş olduğu üçün mağazalardan birinin qarşısında yuxusu gəlib və orada yıxılıb yatıb.

Səhər duranda düşdüyü hala görə əsəbiləşib uca səslə özünü söyüb. Söyüşü eşidən polis əməkdaşları ona yaxınlaşaraq, sakitləşdirməyə çalışıblar. Lakin o, sərxoş olduğu üçün polislərə məhəl qoymayıb. Nəticədə saxlanılaraq, polis şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Qəbələ rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə keçirilən prosesdə Fərhad Qasımov barəsində 5 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar