Qəbiristanlıq oğruları: İki qardaş BAKILI "ŞƏRİKLƏRİ" İLƏ TUTULDU
15 noyabr 2021 12:17 (UTC +04:00)

Qəbiristanlıq oğruları: İki qardaş BAKILI "ŞƏRİKLƏRİ" İLƏ TUTULDU

Bakıda və Yevlaxda qəbiristanlıqlardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı bir məzardan sinə daşının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şamaxı rayon sakini olan qardaşı və Bakı şəhər sakini V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda daha 4 məzardan məzar daşlarını oğurlamaları da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov və V.Haşımov da saxlanılıblar.

Həmçinin Yevlaxın Malbinəsi kəndi qəbristanlığında 2 məzarın ətrafından 4000 manat dəyərində olan aliminium barmaqlıqlar oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar