Qəzaya düşən ata və oğlu sürücünü döydü
09 avqust 2022 04:18 (UTC +04:00)

Qəzaya düşən ata və oğlu sürücünü döydü

Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.

1994-cü il təvəllüdlü Quluzadə Elgün Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Əvəz Quluzadə yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub. Xəsarət alan şəxslər avtomobil sürücüsü ilə əlbəyaxa dava ediblər. Piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 

# 1746
avatar

Oxşar yazılar