Qızıl qaçaqmalçısı tutuldu -  VİDEO
28 yanvar 2021 12:39 (UTC +04:00)

Qızıl qaçaqmalçısı tutuldu - VİDEO

Türkiyədən ölkəmizə yük daşiyan "Mersedes-Benz Actros" markalı nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətirilməsi müəyyən edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, "Mazımçay" gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.

Qızıl qaçaqmalçıları tutuldu

# 1212
avatar

Mehman Nəbiyev

Oxşar yazılar