"Qrinviç"də atışmaya görə tutulan azərbaycanlı sərt rejimli həbsxanaya  köçürüldü
19 avqust 2025 19:08 (UTC +04:00)

"Qrinviç"də atışmaya görə tutulan azərbaycanlı sərt rejimli həbsxanaya köçürüldü

Rusiyanın Yekaterinburq şəhərindəki “Qrinviç” ticarət mərkəzində atışmaya görə məhkum edilmiş, Azərbaycan əsilli Razi Xəlilov daha sərt rejimli həbsxanaya köçürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmədən sonra Xəlilov ilk olaraq Nijniy-Tağıldakı İK-13 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Amma o, daim qaydaları pozub. Müəssisənin rəisi məhkəməyə Xəlilovun daha sərt şərtləri olan, örtülü zona adlanan həbsxanaya köçürülməsi barədə vəsatətlə müraciət edib.

Yerli media bildirir ki, Tağılda məhkəmə 4 avqustda həbsxananın dəyişdirilməsi ilə bağlı vəsatəti təmin edib. Bundan əlavə, Xəlilov hökmün ləğvinə nail olmaq üçün Çelyabinskdə yerləşən Ümumi Yurisdiksiya üzrə Yeddinci Kassasiya Məhkəməsinə şikayət verib.

Qeyd edək ki, Xəlilovun 4 il həbsxanada cəzası almasına səbəb olan hadisə 2023-cü ilin noyabrında “Qrinviç” ticarət mərkəzində baş verib. İstintaqın versiyasına görə, Razi tanışı Hüseyn Allahverdiyev ilə mübahisə edib və tapança çıxarıb. Qarşı tərəf də silahını çıxarıb. Hüquq-mühafizə orqanları dərhal xuliqanları saxlayıb və onlara qarşı RF Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ittiham irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar