Qubada DƏHŞƏT:  fəhlələri cərəyan vurdu, ölən var  - YENİLƏNİB
14 may 2025 13:24 (UTC +04:00)

Qubada DƏHŞƏT: fəhlələri cərəyan vurdu, ölən var - YENİLƏNİB

Qubada fəhlələri elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Lent.az-a Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***
10:34

Qubada iki nəfəri elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Əski İqriq kəndinin ərazisində baş verib.

Burada Bakı şəhər sakini 40 yaşlı Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən paytaxt sakini 60 yaşlı Xanlar Məhəmmədəli oğlu Paşayevin idarə etdiyi “Mercedes” markalı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri 25 yaşlı Əsəd Elman oğlu Hüseynquliyevi və 24 yaşlı Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub.

Ə.Hüseynquliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1654

Oxşar yazılar