Bakıda iki nəfər küçədə ölüb.
Lent.az-ın məlumatına görə, hadisələr Suraxanı rayonu ərazisində qeydə alınıb.
67 yaşlı Rəşid Murad oğlu Rəşidov Hövsan, 67 yaşlı Aybəniz Hətəm qızı Paşayeva isə Yeni Günəşlə qəsəbəsinin ərazisində qəfil ölüblər. Onların infarkt səbəbilə öldükləri bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.