Qadınların neçə saat yatması  lazımdır? - Ekspertdən DƏQİQ CAVAB
13 mart 2026 18:14 (UTC +04:00)

Qadınların neçə saat yatması lazımdır? - Ekspertdən DƏQİQ CAVAB

0

Statistikaya görə qadınlar kişilərlə müqayisədə daha az yatırlar.

Lent.az-ın xarici mediaya istinadən məluamtına görə, yetkin qadınlar kişilərə nisbətən gecələr daha tez-tez oyanır və daha gec yatmağa gedirlər. 

20-30 yaş arası qadınlara nə qədər yuxu lazımdır?

Yuxu üzrə ekspert, həkim Debora Li bildirir ki, 20-30 yaş arası qadınlar üçün gündə 7-9 saat yuxu optimal hesab olunur.

Bu müddət

beyin fəaliyyətinin normal işləməsi

hormon balansının qorunması

emosional vəziyyətin tənzimlənməsi üçün vacibdir.

Əgər bu yaş qrupunda olan qadınlar davamlı olaraq gündə 6 saatdan az yatırlarsa, bu, uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn:

müxtəlif xəstəliklərin yaranma riski

narahatlıq və stressin artması

çəkinin artması

Elmi araşdırmalar göstərir ki, yuxu çatışmazlığı yüksək qan təzyiqi və artıq çəki riskini artırır. Həkim Debora Li qeyd edir ki, hamiləlik dövründə orqanizmin yuxuya ehtiyacı daha da artır. Xüsusilə birinci trimestrdə qadınlar daha tez yorulur və daha çox yatmaq ehtiyacı hiss edirlər.

40-50 yaş arası qadınlarda yuxu necə dəyişir

Bu yaş dövründə lazım olan yuxu saatı ümumilikdə dəyişmir və yenə də 7-9 saat hesab olunur. Lakin menopauza dövründə hormonal dəyişikliklər səbəbilə keyfiyyətli yuxu almaq çətinləşə bilər.

Həkimin sözlərinə görə, yuxu daha səthi olur, qadınlar daha tez oyanır, səhər özlərini daha az dincəlmiş hiss edə bilirlər.

Menopauza dövründə aşağıdakı problemlər də yuxuya təsir edə bilər:

əhval dəyişiklikləri

narahatlıq

diqqət dağınıqlığı

gecə tərləməsi

yuxusuzluq

istilik basmaları

Həkim bildirir ki, yuxusuzluq perimenopauzanın əsas simptomlarından biridir və bəzən son menstruasiyadan illər əvvəl - təxminən 40 yaşdan başlayaraq ortaya çıxa bilər.

perimenopauza dövründə insanların 13-47 faizi yuxusuzluq yaşayır

menopauza dövründə isə bu göstərici 30-60 faiz arasında dəyişir.

60 yaşdan sonra qadınların yuxu rejimi

Debora Li bildirir ki, 60 yaşdan sonra qadınların yuxu strukturu dəyişir. Yenə də 7-9 saat yuxu tövsiyə olunur, lakin bu vaxt bəzən gecə yuxusu və gündüz mürgüləməsi arasında bölünür. 65 yaşdan yuxarı insanlar bəzən az yatdıqlarını düşünürlər, amma əslində gecə yuxusunun bir hissəsini gündüz yuxusu ilə kompensasiya edirlər.

Yaş artdıqca insanlar:

daha tez yatmağa gedir

daha tez oyanırlar

yuxu daha səthi olur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar