Astarada səhər tezdən oruc tutmaq üçün oyanıb arvadı ilə dalaşan kişi həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib.
Səhər saat 4 radələrində oruc tutmaq üçün oyanan 47 yaşlı Maqsud Xəlilovla (ad və soyad şərtidir) həyat yoldaşı arasında münaqişə yaranıb. Bu zaman qadın DİN-in “102” qaynar xəttinə zəng edərək məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları Maqsudu izahat verməsi üçün şöbəyə dəvət ediblər. Lakin Maqsud polisin qanuni tələbinə tabe olmayaraq küçədə ünvansız nalayiq ifadələr işlədib.
Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
M. Xəlilov ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə həbs edilib.