Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Kənd sakini 30 yaşlı Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.