Qaxda kişi fındıq yığmağa  kömək etməyən arvadını döydü, cinayət işi  açıldı
09 noyabr 2026 19:19 (UTC +04:00)

Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı

0

Qaxda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Güllük kəndində qeydə alınıb.

60 yaşlı Tofiq Səfərov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi nikahda olan arvadı Simuzəri (şərti adla) yumruq zərbəsi ilə vurub.

Bu hərəkətinə görə T. Səfərov barəsində Cinayət Məcəlləsini 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs bildirib ki, Simuzərə ev işlərini görəndən sonra bağa gəlib ona akömək etməsini deyib. Özü də bundan sonra bağa fındıq yığmağa gedib. Lakin Simuzər gəlməyib və Tofiq evə gedəndə qadının heç bir ev işi görməyərək, yatdığının şahidi olub. Buna görə də yaranan mübahisə zamanı məlum hadisə baş verib.

Zərərçəkən qadının sözlərinə görə isə başı ağrıdığı üçün yatıb. Tofiqə bunu izah edəndə əri onu yumruqla vurub. O anda ağlamağa başlayıb və əri bir daha onu vurmayıb. Simuzər Səfərova hazırda əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Tofiq Səfərov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərara əsasən, ona Qax Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən yaşayış evini tərk etməmək və Qax rayonunun hüdudlarından kənara çıxmamaq tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar