Sabirabadda avtomobil yeniyetməni vurub.
Lent.az oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Tural Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə rayon sakini 15 yaşlı P.Həsənlini vurub. Xəstəxanaya yerləşdirilən yeniyetmə orada ölüb.
Onun 10-cu sinif şagirdi olduğu bildirilir.
Araşdırma aparılır.