Qusarda AĞIR QƏZA:  ölən və xəsarət alanlar var
04 iyun 2023 13:11 (UTC +04:00)

Qusarda AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çiləgir kəndi ərazisində qeydə alınıb.

"Vaz 2106" və "Vaz 2107" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2841
avatar

Oxşar yazılar