Qusarda baş verən yol qəzası nəticəsində 7 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, qəza nəticəsində yaralananların kimliyi məlum olub. Onların 5-i Pakistan (Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem, Umair Rafique,) ikisi Azərbaycan vətəndaşlarıdır (Sahil Rüstəmov və bacısı Günay Məmmədova).
***
16:25
Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.