Qusarda kişini elektrik cərəyanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə Aşağı Ləyər kəndində baş verib.
Usta kimi fəaliyyət göstərən Səfərov Hacıverdi Akif oğlu fərdi yaşayış evinin həyətyani sahəsində tualetin divarını hörərkən onu elektrik cərəyanı vurub. Nəticədə usta hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.