Rayonda heyvan oğruları saxlanıldı
28 yanvar 2021 17:56 (UTC +04:00)

Rayonda heyvan oğruları saxlanıldı

Beyləqanda silisilə şəkildə mal-heyvan oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ötən ilin noyabr-dekabr və bu ilin yanvar aylarında onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər. Məlumatla əlqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.  Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.   

# 1404
avatar

Mehman Nəbiyev

Oxşar yazılar