Rüfət Səfərovun məhkəməsi BAŞLADI
30 iyun 2025 12:40 (UTC +04:00)

Rüfət Səfərovun məhkəməsi BAŞLADI

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə zərərçəkən iştirak etməyib.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət verərək Rüfət Səfərovun şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsini xahiş edib.

Vəsatət təmin edilib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesin davamında vəkil E.Sadıqov vəsatət verərək Rüfət Səfərovun haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar