Rusiya bu azərbaycanlını təyyarədən enən kimi  SAXLADI
09 oktyabr 2025 17:29 (UTC +04:00)

Rusiya bu azərbaycanlını təyyarədən enən kimi SAXLADI

0

Rusiyanın Perm hava limanında Bakıdan gələn sərnişindən tərkibində narkotik maddə olan 400 qramdan çox bitki götürülüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, “Böyük Savino” terminalında Azərbaycandan gələn sərnişinin baqajında narkotik tərkibli bitki aşkarlanıb. Kişi “Bakı–Perm” reysi ilə uçub və gömrükdə “yaşıl dəhliz”dən keçərək bəyan edilməli olan mallarının olmadığını bildirib.

Lakin yoxlama zamanı onun baqajında bitki mənşəli maddə tapılıb. Ekspertiza müəyyən edib ki, bu, tərkibində narkotik maddə harmin olan adi harmal (Peganum harmala) bitkisinin hissələridir. Ümumi çəkisi 405 qramdır. Həmin maddə Rusiyada nəzarət olunan maddələr siyahısına daxildir. 

Sərnişin açıqlamasında həmin bitkini şəxsi istifadə üçün aldığını deyib. Lakin bu faktla bağlı Perm Gömrük İdarəsi tərəfindən narkotik vasitələrin böyük miqyasda qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar