Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxs çavuş Novruz Ramiz oğlu Məmmədovdur.
Məlumata görə, o, Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat iştirak edib.
Qeyd olunur ki, Novruz Məmmədov Perm diyarında yaşayırmış.
Onunla vida mərasimi Sergino kəndindəki Serginskaya məktəbində baş tutub.