Rusiyada azərbaycanlı biznesmenlər  HƏBS OLUNDU - SƏBƏB
15 iyul 2025 09:24 (UTC +04:00)

Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB

Rusiyada azərbaycanlı iş adamları həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, dörd azərbaycanlı iş adamı Leninqrad vilayətində yerli polis rəhbərliyinə rüşvət verməkdə ittiham edilərək həbs edilib.

Rusiya mətbuatının yazdığına görə, əməliyyat Leninqrad vilayətinin Vsevolojsk rayonunun 128-ci polis bölməsinin rəisi, polkovnik-leytenant Sergey Korotkovun həbsi ilə başlayıb. O, ötən həftə FSB xüsusi təyinatlıları tərəfindən saxlanılıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, polis rəisi azərbaycanlı sahibkarlardan “qanunsuz biznes fəaliyyətlərinə göz yummaq müqabilində” azı 3,7 milyon rubl rüşvət almaqda ittiham olunur.

Həmçinin həmin rayonun 87-ci polis bölməsinin rəisi, polkovnik Roman Kamerzanov və 97-ci polis bölməsinin rəisi Aleksey Peremibeda da həbs edilib.

Müstəntiqlər hesab edirlər ki, onlar Leninqrad vilayətində “qanunsuz biznes fəaliyyəti” ilə məşğul olan iş adamlarından rüşvət alıblar.

Məlumata görə, azərbaycanlı sahibkarlar “qaçaqmalçılıq yolu ilə alkoqol və tütün məmulatları satmaqda, habelə qanunsuz miqrantları işə cəlb etməkdə” ittiham olunurlar.

Saxlanılan azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verməkdə ittiham olunurlar. Onlar barəsində sentyabrın 9-dək həbs qətimkan tədbiri seçilib.

Saxlanılan Asif Allahverdiyev ona qarşı irəli sürülən ittihamlara etiraz edir. "Mən başa düşmürəm ki, bura necə düşmüşəm. Və vəziyyəti də anlamıram", - A.Allahverdiyev prosesdə deyib.

Onun sözlərinə görə, yalnız şəriki olan Orucovu tanıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar