Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında saxlanılan Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski qohumlarından bağlama ala bilər. Onun gündəlik rejiminin kiçik kamerada olmasına baxmayaraq, digər məhbuslardan heç bir fərqi yoxdur.
Lent.az xarici mediaya istinadla Şıxlinskinin hansı şəraitdə həbsdə saxlanması barədə məlumatı təqdim edir.
"1 saylı İstintaq Təcridxanasında bir neçə xüsusi post var: 17, 21, 25 və başqaları. Bu, təxminən on nəfərlik kameradan ibarət dəhlizdir. Hər kamera təxminən altı metrlikdir. Orada çarpayı, tualet, kiçik stol və rəf var. Kiçik pəncərəsi var", - təhlükəsizlik strukturundakı mənbə təcridaxanadakı vəziyyəti belə təsvir edib.
Onun sözlərinə görə, təkadamlıq kameraya salınan məhbuslar da gəzintiyə çıxarılır. "Səhər altıda yuxudan oyanır, idman, səhər yeməyi və hər şey müəyyən olunmuş qrafikə uyğun gedir. Qeyd edim ki, belə məhbuslar daha ciddi nəzarətdədir", - mənbə əlavə edib.
Hüquqşünas və “Hüquqi əsaslar” Assosiasiyasının rəhbəri Aleksey Sokolov əlavə edib ki, Şıxlinski öz təhlükəsizliyi üçün təkadamlıq kameraya salına bilərdi. "Başqa insanlar tərəfindən təhlükə altında ola bilənlər belə kameralara yerləşdirilir. Çox güman ki, o, digər məhbuslardan qorunur. O, qohumlarından bağlamalar ala bilər. Kitabları da ala bilər", - özü altı ay təkadamlıq kamerada keçirmiş Sokolov bildirib.
Təhlükəsizlik güclərindəki üçüncü mənbə əlavə edib ki, kriminal avtoritetlər, “terrorçuluq” maddələri ilə saxlanılan şəxslər və ya məmurlar da təkadamlıq kameralara salınır. “Əgər şəxs istintaq təcridxanasında qaydalara əməl etmirsə, o, həm də birnəfərlik kameraya və ya şəraitin daha sərt olduğu cəza kamerasına düşə bilər”, - mənbə yekunlaşdırıb.
Şıxlinskinin həbsi avqustun 2-də məlum olub. Qeyri-rəsmi məlumata görə, o, Moskvada bir müddət gizləndiyi iddia edilən xarici diplomatik nümayəndəliyin binasından çıxarkən baş verib. Paytaxt məhkəməsi Şıxlinskini qiyabi həbs edib. İlkin olaraq o, qətlə cəhddə və xüsusi təyinatlıların zabitinə qarşı zorakılıqda ittiham olunur. Lakin Şixlinski ittihamları rədd edir. Bundan əvvəl Şahin Şıxlinskinin vəkili oğlu Mutvalı Şıxlinski iyulun 1-də “dövlət məmuruna qarşı zorakılıq” ittihamı ilə həbs edilib. Həmin gün əməliyyatçılar ata Şıxlinskini dindirmək üçün gətiriblər və sonra onu heç bir ittiham irəli sürmədən sərbəst buraxıblar.