Rusiyada iki uşaqlı azərbaycanlı qadının məhkəməsi BAŞLAYIR: 7 il həbs gözləyir...
16 iyul 2025 16:17 (UTC +04:00)

Rusiyada iki uşaqlı azərbaycanlı qadının məhkəməsi BAŞLAYIR: 7 il həbs gözləyir...

Rusiyanın Nijni Tagil şəhərində övladları ilə birgə məktəblini döyən Fərqanə Abbasovanın məhkəməsi başlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, xuliqanlıqda ittiham olunur. İstintaqın məlumatına görə, ana və onun övladları 11 yaşlı qızı döyüb.

Dekabrın 29-da 11 yaşlı Sonya və onun sinif yoldaşı oğlanların anasına şikayət ediblər. Bu şikayət qadının xoşuna gəlməyib. O, həmin qıza sillə vurub, oğulları isə Sonya huşunu itirənə qədər onu təpikləyiblər.

Həmçinin qadın yeniyetmə qızın döyülməsini videoya çəkib və heç kimə Sonyanı müdafiə etməyə imkan verməyib. Uşaqlar azyaşlı olduqları üçün cinayət təqibinə xitam verilib. Abbasovanı 7 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar