Rusiyanın axtardığı keçmiş məhkəmə hakimi Bakıda tutuldu  - YENİLƏNİB
28 yanvar 2025 14:58 (UTC +04:00)

Rusiyanın axtardığı keçmiş məhkəmə hakimi Bakıda tutuldu - YENİLƏNİB

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, sabiq hakimin Bakıda ötən həftə saxlanıldığı bildirilir.

Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.

Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.

Həbs qətimkan tədbiri onun ektradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.

Rusiya tərəfindən ekstaradisiya ilə bağlı zəruri sənədlər təqdim olunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Yelena Xaxalyevanın ekstradisiyası məsələsinə baxılacaq.

***
13:00

Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.

Lent.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.

***

27 yanvar, saat 18:41

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumatı “iz.ru” yayıb.

Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.

Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.

Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrin nəşrə bildirdiyinə görə, Xaxalyevanın ekstradisiyası barədə qərarı Azərbaycan hakimiyyəti verəcək. Rostov-na-Don məhkəməsi keçmiş hakim barəsində qiyabi həbs qərarı çıxarıb. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxlayevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3835

Oxşar yazılar

Qusarda zəlzələ  baş verdi

Qusarda zəlzələ baş verdi

8 may 2025 , 01:17
Oğuzda maşın aşdı:  yaralılar var -  VİDEO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO

Nəsimi rayonunda yanğın - VİDEO

7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı

Sabirabadda kişi küçədə özünü asdı

7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə   cinayət işi açıldı

Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı

7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti  tapıldı

Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı

7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib?  -  VİDEO

“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO

7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ:  məktəbli qızı maşın vurub öldürdü

Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü

7 may 2025 , 17:50