Sizi ekrana bağlayacaq 7 detektiv film  - VİDEO
07 may 2025 15:50 (UTC +04:00)

Sizi ekrana bağlayacaq 7 detektiv film - VİDEO

Psixoloji treylerləri, mürəkkəb süjetli detektivləri və sonadək gərginlikdə saxlayan filmləri sevirsiniz? O zaman bəxtiniz gətirib! Çünki elə filmlər var ki, sizi dərhal öz atmosferinə salacaq, sonadək buraxmayacaq və gerçəkliyi unutduracaq.

Lent.az sizə axşam üçün 7 nəfəskəsici film təqdim edir – bu süjetlər sadəcə heyrətamizdir.

“Doqquzuncu qapı” (1999)

Nadir kitablar üzrə ixtisaslaşmış bir tacir, birdən-birə şeytani mətnlərlə bağlı mistik bir araşdırmanın içinə düşür. Hər şey sakit görünür, ta ki, gerçəklik itənə qədər.

Film şübhə, rituallar və ikili həqiqətlər dünyasına yavaş-yavaş qərq edir. Həqiqətən nəsə baş verir, yoxsa bu sadəcə işarələrin üst-üstə düşməsidir – bilmirsən.

“Yeddi” (1995)

İki detektiv – biri təcrübəli, digəri isə yeni başlayan – hər biri ölümcül günahlardan birini təcəssüm etdirən qətlləri araşdırır.

Sürətli və düzgün qurulmuş süjet, yadda qalacaq bir finala doğru addım-addım aparır. Qaranlıq, amansız və detallara mükəmməl diqqət yetirilmiş bir klassikadır.

“Zodiak” (2007)

ABŞ tarixindəki ən sirli serial qatilin izi ilə gedən film. Jurnalistlər və polis illərlə onu tapmağa çalışırlar, lakin getdikcə hər şey daha da dolaşıqlaşır.

Burada nə gurultulu atışma, nə də sadə cavablar var – yalnız davamlı gərginlik və narahatlıq. 70-ci illərin atmosferi də inanılmaz dəqiqliklə canlandırılıb.

“Altıncı hiss” (1999)

Balaca bir oğlan başqalarının görmədiklərini görür. Ona kömək etmək istəyən psixoloq getdikcə özü də başa düşmədiyi bir hadisənin içində tapır özünü. Final o qədər güclüdür ki, filmi ikinci dəfə izləmək belə zövq verir. Filmin atmosferi sizi daim narahat bir gözlənti halında saxlayacaq.

“Gizli çay” (2003)

Bir zamanlar dost olmuş üç kişi ağır bir faciənin mərkəzinə düşür: biri qızını itirir, digəri işi araşdırır, üçüncüsü isə şübhəliyə çevrilir.

Bu film cinayətdən yox, onun yaratdığı emosional dağıntılardan bəhs edir. Ağrılı, qaranlıq və illüziyadan uzaq bir hekayədir.

“Şeytanın vəkili” (1997)

Gənc və istedadlı bir vəkil elit bir hüquq firmasından təklif alır və ambisiyalarla qaranlıq güclərin toqquşduğu bir dünyaya daxil olur. İrəlilədikcə anlayırsan: bu sadəcə metafora deyil… Dram, mistika və psixoloji trillerin güclü bir qarışığıdır.

“Yuxulu dərəbəyi” (1999)

Detektiv İkabod Kreyn, başsız atlının səbəb olduğu müəmmalı qətlləri araşdırmaq üçün uzaq bir kəndə göndərilir.

Keçmişin sirləri, cadugərlər və lənətlər – hər şey qaranlıq bir nağıl kimi bir-birinə qarışır. Tim Bertonun imza üslubu – vizual estetika, qaranlıq atmosfer və ikiüzlü həqiqət.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar