"Rüşvət videosu" yayılan yol polisi CƏZALANDIRILDI  - RƏSMİ
01 iyul 2021 10:53 (UTC +04:00)

"Rüşvət videosu" yayılan yol polisi CƏZALANDIRILDI - RƏSMİ

Bir müddət əvvəl görüntüləri yayılan və rüşvət aldığı iddia edilən yol polisi cəzalandırılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantıə Namidan Piriyev məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl Novxanı qəsəbəsində yol polisinin rüşvət alması ilə bağlı yayılan görüntülərlə əlaqədar aparılan araşdırma yekunlaşıb:

“Yol polisi əməkdaşının rüşvət aldığına dair iddialar öz təsdiqini tapmayıb. Ancaq yol patrul xidmətinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.

# 13143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar