Sabirabadda baş verən qəzada 3 nəfər ölüb.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi “QAZ 24” markalı avtomobilin 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşması nəticəsində "QAZ-24"-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.