Sabunçuda AĞIR QƏZA:  ölən var - YENİLƏNİB
19 sentyabr 2025 10:08 (UTC +04:00)

Sabunçuda AĞIR QƏZA: ölən var - YENİLƏNİB

0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində, "Rahat" supermarketin qarşısında qeydə alınıb.

60 yaşlı Cəlilov Səməndər Lətif oğlu idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən marketin qarşısında dayanan Abbasov Elman Cəbrayıl oğlunun idarə etdiyi “HOWO” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə S. Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

***
06:26

Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 841

Oxşar yazılar