Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu
02 mart 2024 08:22 (UTC +04:00)

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin "TT" markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

# 2127
avatar

Oxşar yazılar