Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.
Lent.az xəbər verir ki, Salyanda baş verən qəzada xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu reanimasiya şöbəsinə ölüb. (APA)
***
17:58
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə oktyabrın 7-də saat 15:10-da 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.
***
15:43
Salyanda minik avtombillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı avtombillərin toqquşması nəticəsində üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdrma aparılır.