Salyanda kişi qısqanc sevgilisini  döyüb dişlədi
27 dekabr 2025 12:31 (UTC +04:00)

Salyanda kişi qısqanc sevgilisini döyüb dişlədi

0

Salyanda kişi onu qısqanan sevgilisini dişləyib.

Lent.az-ın məlumatına görə, hadisə Qaraçala qəsəbəsində baş verib.

İttiham aktına görə, qəsəbə sakini olan qadın qeyri-münasibətləri olduğu 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb. Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onun başqa qızlarla danışdığını düşünüb. Bunu Elgünə bildirəndə sevgililər arasında mübahisə düşüb. Sevgilisinin evində yaranan mübahisə zamanı Elgün qadının baş və bədəninin digər nahiyələrinə əl ilə zərbələr vurub. Amma Elgünün əsəbi soyumayıb və zərərçəkənin qolundan da 2 dəfə dişləyib.

Qadının polisə şikayəti əsasında Elgün saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da Elgün Muradova qarşı şikayət və ya tələbinin olmadığını deyib.

Salyan rayon Məhkəməsinin qərarı ilə Elgün Muradova 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar