Şamaxıda qapını aça  bilməyən kişi hirsini arvadından çıxdı:  təzə evlənmişdilər
04 dekabr 2025 15:51 (UTC +04:00)

Şamaxıda qapını aça bilməyən kişi hirsini arvadından çıxdı: təzə evlənmişdilər

0

Şamaxıda kişi qeyri-adi səbəbə görə arvadını ağac parçası ilə döyüb.

Lent.az xəbər verir ki, hadisə Mirikənd kəndində qeydə alınıb.

42 yaşlı Arif Səlimov (ad və soyad şərtidir) arvadı ilə birgə yaşadıqları evə qayıdandan sonra yataq otağının qapısını aça bilməyib və kilidi sındırıb. Bundan əsəbiləşərək, arvadının qol, ayaq və kürək nahiyələrinə 5-6 dəfə zərbə vuraraq, xəsarətlər yetirib.

Zərərçəkənin şikayəti əsasında Arif polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə olan günü əvvəlcə Şamaxı şəhərinə, qayınanasıgilə, sonra isə “Asan Xidmət” mərkəzinə gediblər:

“Bu il avqustun 29-da ailə qurmuşuq. Hadisə baş verən günü evə qayıdanda yoldaşım yataq otağının qapısını aça bilməyib məni çağırdı. Mən də qapını sındıraraq, açdım və əsəbiləşib ağacla arvadımı döydüm”.

Arif Səlimov zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyib. O, cinayət işinə xitam verilməsini xahiş edib.

Zərərçəkən qadının sözlərinə görə, evdən çıxanda yataq otağının qapısını açarla bağlayıb. Özü qapını aça bilmədiyi üçün ərini köməyə çağırıb. Arif də qapını aça bilməyib və zor tətbiq edərək kilidi sındırıb. Zərərçəkən əyinə qarşı şikayəti və tələbi olmadığını deyərək, işə xitam verilməsini istəyib.

Şamaxı rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Arif Səlimov məsuliyyətdən azad olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar