Samuxda evdən qadın meyiti tapılıb.
Hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.
Burunqovaq kənd sakini 86 yaşlı Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir./ APA