Samuxda 44 yaşlı kişinin döyülməsi ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, hazırda Samux rayon Polis Şöbəsində Z.Səmədovun döyülməsi ilə bağlı araşdırma aparılır. Müvafiq ekspertizalar təyin olunub.
Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüququ qiymət veriləcək.