Saxta fahişə  17 kişini belə aldatdı
29 noyabr 2023 18:14 (UTC +04:00)

Saxta fahişə 17 kişini belə aldatdı

Qaraçay-Çərkəzdə evdar qadın saxta fahişə hesabından istifadə edərək 17 kişini aldadıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadının analıq məzuniyyətində olduğu müddətdə heç bir işi olmayıb və o, işdə çətinlik çəkən ərinə də maddi yardım etmək istəyib. Dostu ona sosial şəbəkələrdən birində səhifə yaratmağı məsləhət görüb. Qadın məsləhətə əməl edərək, başqalarının fotoşəkillərini yükləyib. Daha sonra görüşün və video söhbətin qiymətini açıqlayıb.

Evdar qadın dərhal təkliflər almağa başlayıb. O, pulu köçürdükdən sonra kişilərə cavab verməyib və polisə gedəcəyi ilə hədələyənlərə yazışmaları paylaşacağına söz verib.

Aldadılanlardan biri qorxmayıb və polisə ərizə yazıb. Hazırda qadına qarşı dələduzluq maddəsi ilə cinayət işi açıla bilər. 17 nəfərin hər biri ona 5 min rubldan (təxminən 95 manat) 15 min rubla (təxminən 286 manat) qədər köçürüb.

# 1635
avatar

Oxşar yazılar