Bakıda gənc qız binadan yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 2-ci Qarabağ müharibəsinin şəhid ailələri və qaziləri üçün inşa edilmiş şəhərcikdə baş verib.
20 yaşlı Könül İbrahimova yaşadığı binanın 8-ci mərtəbəsinin eyvanından yıxılaraq, ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.