Şəkidə istirahət mərkəzində faciə yaşanıb.
Lent.az xəbər verir ki, hadisə "Şəki yaylası"nda qeydə alınıb.
Oraya istirahətə gedən iki nəfər trosun qırılması nəticəsində hündürlükdən yıxılaraq ölüblər.
Ölənlərin Qax rayon sakinləri olduğu bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.