Şəkidə 6 otaqlı  yaşayış evi yandı
24 fevral 2026 08:07 (UTC +04:00)

Şəkidə 6 otaqlı yaşayış evi yandı

0

Şəkidə fərdi yaşayış evində yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə səhər saat 06 radələrində rayonun Qayabaşı kəndində qeydə alınıb.

Bildirilib ki, kənd sakini Vüqar Hüseynova məxsus, birmərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar