Bu, klub tarixində “Arsenal”ın qonşusunu bir mövsümdə iki dəfə böyük hesabla məğlub etdiyi ikinci haldır.
Fevralın 22-də keçirilən “Tottenhem” – “Arsenal” qarşılaşması "topçular"ın ev sahiblərini 4-1 hesabı ilə məğlub etməsi ilə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, beləliklə, Mikel Artetanın yetirmələri tarixində ikinci dəfə bir çempionluq mövsümündə “Tottenhem” üzərində iki sarsıdıcı qələbə qazanıb.
Xatırladaq ki, "Arsenal" bu mövsümün ilk yarısında "Tottenhem"i eyni hesabla - 4-1 hesabı ilə məğlub edib.
Məlumata görə, "topçular"ın "Tottenhem"i üç və ya daha çox qol fərqi ilə məğlub edə bildiyi əvvəlki liqa qələbələri 1934/35 mövsümündə (6-0, 5-1) olub.