Şəkidə iki maşın toqquşdu:  6 nəfər...
03 oktyabr 2025 19:46 (UTC +04:00)

Şəkidə iki maşın toqquşdu: 6 nəfər...

0

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Lent.az-ın məlumatına görə, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar