Şəkidə  məktəb direktoru  rabitə dirəyindən yıxıldı
08 noyabr 2024 21:11 (UTC +04:00)

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxıldı

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar