Sərnişin qatarlarına daş atıb  şüşələri sındırdılar
05 mart 2026 13:03 (UTC +04:00)

Sərnişin qatarlarına daş atıb şüşələri sındırdılar

0

Son 10 gündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb.

Lent.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib.

“Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə - insan həyatına atılır. Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar