Sərxoş icra başçısı polislə dalaşdı
23 noyabr 2023 17:45 (UTC +04:00)

Sərxoş icra başçısı polislə dalaşdı

Dağıstanda Tərəkli-Məktəb kəndinin icra başçısı Vəzir Ablezov içki içərək hüquq-mühafizə orqanının əməkdaşı ilə dava edib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, məmur istirahət zamanı spirtli içki qəbul edib. Sərxoş kişi polislə qarşılaşanda münaqişə başlayıb, sonradan davaya çevrilib.

Dava zamanı məmurla asayiş keşikçisi yıxılıb. Nəticədə polis başından xəsarət alıb. Həkimlər tərəfindən müayinə olunduqdan sonra o, xəstəxanaya yerləşdirilib. Kənd rəhbəri saxlanılıb, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə iş açılıb.

# 4410
avatar

Oxşar yazılar