Şirvanda 19 yaşlı qadın binanın 5-ci mərtəbəsindən yıxılıb.
Lent.az xəbər verir ki, hadisə Şirvan şəhərində yerləşən beşmərtəbəli binada baş verib. Fatma adlı 19 yaşlı qadın binanın 5-ci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan qadın Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı