Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu
30 oktyabr 2025 04:13 (UTC +04:00)

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

0

Rusiyada dəhşətli qətl hadisəsi törədilib.

Lent.az xəbər verir ki, Berezovski şəhərində 56 yaşlı Rafis Xuzin həyat yoldaşı 49 yaşlı Olqa Blinovadan ona toyuq şorbası bişirməsini istəyib.

Lakin Blinovanın imtina etməsi ilə Xuzin qəzəblənib. Xuzin arvadını böyük mətbəx bıçağı ilə dəfələrlə bıçaqlayıb.

Polis məlumatlarına görə, şübhəli cəsədi hissələrə ayırmağa çalışıb, lakin yalnız yuxarı hissəsinin dərisini soya bilib. Daha sonra cəsədi bağçasında gizlədib.

Xuzin qətldən beş gün sonra polisə gedib və günahını etiraf edib.

Dindirmədən sonra şübhəli saxlanılıb və ona qarşı "qəsdən adam öldürmə" ittihamı irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar