Arda Turan  boynuna sarıldı:   Müharibədə  qolunu itirən   əsgər üçün unudulmaz jest
27 oktyabr 2026 19:20 (UTC +04:00)

Arda Turan boynuna sarıldı: Müharibədə qolunu itirən əsgər üçün unudulmaz jest

0

Ukraynadakı müharibə zamanı qolunu itirən əsgər "Şaxtyor" və "Zorya" komandaları arasında keçirilən oyunda şərəfləndirilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Şaxtyor"un baş məşqçisi Arda Turan simvolik başlanğıc edən əsgəri qucaqlayıb və ona forma hədiyyə edib.

"Şaxtyor" və "Zorya" komandaları arasında keçirilən oyundan əvvəl mənalı bir an yaşanıb. Müharibədə qolunu itirən ukraynalı əsgər şərəfləndirilmək üçün meydana dəvət edilib. Əsgər simvolik başlanğıc zərbəsini yerinə yetirib və oyundan əvvəl oyunçularla görüşüb.

"Şaxtyor"un baş məşqçisi Arda Turan da ukraynalı əsgərə xüsusi diqqət yetirib. Turan əsgəri qucaqlayıb və ona dəstək jesti olaraq köynək hədiyyə edib. Müharibədə qolunu itirən əsgərə qarşı bu jest oyundan əvvəlki ən mənalı anlardan biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar